“Lənkəran”dan yeni transfer
19.09.2025 - 13:24
"Lənkəran" daha bir legioneri heyətinə qatıb.
Apasport.az xəbər verir ki, cənub təmsilçisi Qabon millisinin üzvü Antoni Tseqakele ilə güclənib.
25 yaşlı basketbolçunun həm də Kanada vətəndaşlığı var.
O, 196 sm boya malikdir və hücumçudur. Antoni buna qədər Fransa Pro A Liqasında "Roanne", Tanzaniyada "Pazi" və Kanadada "Saskatçevan Reytls" klublarının şərəfini qoruyub.
Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Ehsan Şabani, Pərviz Mirzəyev, Hüseyin Əsgərli, Raşed Diso,Teron Montqomeri, Nmeso Nnebedum və Akit Çoudharinin transferini həyata keçirib.
- İsaak Amoah: "Müsbət nəticələrin gələcəyinə inanıram"
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
- İdmançılarımız beynəlxalq turniri 5 medalla başa vurublar
- Naxçıvan təmsilçisindən növbəti transfer
- Azərbaycan badmintonçularının Paris-2024 Yay Olimpiya Oyunlarındakı rəqibləri müəyyənləşib
0
0