Millidən növbəti qələbə
11.07.2024 - 14:35
16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, yığmamız qrup mərhələsinin III turunda Kiprlə üz-üzə gəlib. Görüş milli komandanın 68:45 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha əvvəl Ermənistan və Gürcüstanı böyük hesabla məğlub edən Azərbaycan qrupda birinci yeri tutaraq yarımfinal mərhələsinə yüksəlib.
Qeyd edək ki, Cəbəllütariqdə keçirilən turnirin yarımfinal matçları iyulun 13-də keçiriləcək.
- KL: Millimizin üzvü oynadı, komandası 1 xal qazandı
- Birinci Liqa: “Qəbələ” çempion, "Karvan" və "İmişli" Premyer Liqada! - YENİLƏNİB
- Ronaldo növbəti rekordu qırdı - DÇ pley-offlarının ən yaşlısı
- ABL: "Sumqayıt" "Ordu"nun qonağı olacaq
- "Yuventus"dan gözlənilməz həmlə: "Barselona"nın yetirməsini istəyir
0
0