Millilərimiz hazırlıqlara başlayıblar
01.05.2025 - 12:54

Azərbaycanın 16 və 18 yaşadək qızlardan ibarət basketbol milliləri Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışının ilk mərhələsinə start veriblər.
Apasport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komandalar hazırlıqda taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcəklər.
Toplanışa mayın 9-da yekun vurulacaq.
Qeyd edək ki, təlim-məşq prosesinin ilk mərhələsində əsas məqsəd iyul və avqustunda baş tutacaq Avropa çempionatı B divizionunun oyunlarına hazırlıqdır.
- Abdulla Xaybullayev: "Məğlubiyyət hamımız üçün gözlənilməz oldu" - Müsahibə
- Luis Enrike PSJ-də
- Riçard Almeyda və Adama Diakabi ölkə kubokunun finalından sonra "Qarabağ"dan ayrılacaqlar
- "Valensiya" "Barselona" ilə matçda La Liqa rekorduna imza atıb
- “Qarabağ” avrokubokların “10-luğ”unda – 4 turdan sonra
0
0