Millimiz Estoniyanı məğlub edib
08.08.2026 - 14:56
Qızlardan ibarət U-18 millimiz Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatının B divizionunda 17-20-ci yerlər uğrunda oyunda Estoniya seçməsi ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, yığmamız gərgin mübarizə şəraitində keçən görüşdə 74:71 hesabı ilə qalib gəlib.
Matçın ən dəyərli basketbolçusu (MVP) millimizin üzvü Polina Şukina seçilib. O, qarşılaşmada 19 xal və 16 ribaundla yadda qalıb.
Qeyd edək ki, qızlarımız son oyununu avqustun 9-da Bakı vaxtı ilə saat 12:00-da Norveç seçməsinə qarşı keçirəcək.
- Yüksək Liqa: XI turun növbəti oyunları keçiriləcək
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Azər Bağırov: “Orda cərimə var idisə, heç nə demirəm”
- "Samsunspor"un Konfrans Liqasındakı rəqibi bəlli olub - YENİLƏNİB
- Azərbaycan çempionatının daha bir matçı təxirə salındı
0
0