Millimiz Fransada növbəti oyununa çıxacaq
15.06.2024 - 10:52
Bu gün qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi Fransanın Klermon-Ferran bölgəsində keçirilən Dünya Qadın Seriyasında 1/4 final mərhələsinin oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, yığma Fransa ilə üz-üzə gələcək.
Görüş Bakı vaxı vaxtı ilə saat 22:20-də start götürəcək.
Qeyd edək ki, Raşa Deliçin yetirmələri ilk matçda Filippin üzərində 22:17 hesablı qələbə qazanıb. Millimiz növbəti görüşdə Niderlanda 12:21 hesabı ilə məğlub olsa da, qrup ikincisi kimi adını növbəti mərhələyə yazdırıb.
- Bakıda keçiriləcək beynəlxalq turnirin qonaqları Ulu Öndərin xatirəsini yad ediblər
- Olimpiya çempionu vəfat edib
- “Qarabağ”ın legioneri 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qaldı - VİDEO
- “Quba”nın baş məşqçisi: “Komandamız sonda sözünü dedi və qələbə qazandıq”
- Premyer Liqada yeni təklif - “Gümüş buts”
0
0