Millimiz İslandiyanı məğlub edib - FOTO
08.07.2025 - 16:04

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycanın yığması Avropa çempionatının B divizionunda dördüncü oyununu keçirib.
Apasport.az xəbər verir ki, C qrupunda yer alan millimiz IV tur çərçivəsində İslandiya ilə qarşılaşıb.
Görüş yığmamızın 86:79 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz iyulun 9-da Kosovo ilə üz-üzə gələcək.
0
0