Millimiz İslandiyaya məğlub olub
02.08.2026 - 15:57
Oğlanlardan ibarət Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatının B divizionunda son oyununu keçirib.
Apasport.az xəbər verir ki, Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində təşkil olunan turnirdə yığmamız 15-16-cı yerlər uğrunda görüşdə İslandiya seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 91:73 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 22 komanda arasında 16-cı pillədə başa vurub.
0
0