Millimiz İslandiyaya məğlub olub
05.08.2026 - 19:41
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, IV turda İslandiya seçməsi ilə qarşılaşan Azərbaycan komandası məğlub olub - 74:77.
Qeyd edək ki, millimiz daha əvvəl Rumıniyaya 55:81, Portuqaliyaya 52:90, Niderlanda isə 72:79 hesabı ilə uduzub.
Bu nəticədən sonra A qrupunda İslandiya 7 xalla liderdir. Rumıniya və Portuqaliya seçmələri 6 xalla ikinci-üçüncü pillələri bölüşür. Niderland və Azərbaycan yığmalarının aktivində isə 4 xal var.
0
0