Bu gün Paris-2024-də basketbolun 3x3 növü üzrə qadınların mübarizəsinə start verilib.
Apasport.az xəbər verir ki, Olimpiadalar tarixində ilk dəfə komanda idman növündə ölkəmizi təmsil edən Azərbaycan millisi I turun oyununa çıxıb.
Mersedes Uolker, Aleksandra Mollenhauer, Dina Ulyanova və Tifani Heysin yer aldığı komandamızın ilk rəqibi İspaniya olub. Gərgin keçən matç rəqibin qələbəsi ilə yekunlaşıb.
Basketbol 3x3, qadınlar
I tur
30 iyul
23:00. İspaniya – Azərbaycan - 18:16
Qeyd edək ki, turnirin əsas mərhələsində 8 komanda dairəvi sistemlə mübarizə aparır. Millimiz ikinci oyununu sabah ABŞ-a qarşı keçirəcək.
- Emreli yeni komandasında debüt edib
- Süleyman İsmayılzadə: “Qızıl medalla qayıdacağıma söz vermişdim”
- Bakıdakı dünya çempionatı başa çatdı, keçici bayraq Çinə təqdim olundu - FOTOLENT
- Siyasət Əsgərov: “Meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq”
- “Xankəndi” evdə, “Ağdaş” səfərdə qalib gəlib