“Naxçıvan” və “Abşeron” üz-üzə
19.04.2025 - 10:23
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ilk görüşlərinə bu gün keçiriləcək 1 qarşılaşma ilə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq matçda “Naxçıvan” “Abşeron”la qarşılaşacaq. Görüş saat 14:00-da start götürəcək.
Bu oyunla pley-offun ilk mərhələsində bütün cütlüklərin ilk görüşləri tamamlanacaq.
Xatırladaq ki, mərhələnin əvvəlki qarşılaşmalarında “Şəki” “Gəncə”yə 85:84, “Neftçi” “Ordu”ya 93:84, “Sabah” isə “Sərhədçi”yə 90:64 hesabı ilə qalib gəlib.
- “Lex” – “Qarabağ” oyununa böyük maraq: 50 dəqiqəyə 5000 bilet
- 2025/2026 mövsümündə Misli Premyer Liqası, I və II Liqa oyunlarının hakimləri təsdiqlənib
- İtaliya nəhəngləri "Fənərbaxça"nın forvardı ilə maraqlanır
- Braziliya millisinin üzvü “Yunayted”ə keçə bilər
- Qurban Qurbanov: "Gərgin oyunların bizə faydası var" - MÜSAHİBƏ
0
0