NBA: “Boston Celtics” çempionluğun bir addımlığında
13.06.2024 - 09:42
Milli Basketbol Assosiasiyasında (NBA) final mərhələsinin növbəti oyunu keçirilib.
Apasport.az xəbər verir ki, “Boston Celtics” üçüncü dueldə “Dallas Maveriks”lə qarşılaşıb. Görüş Boston təmsilçisinin 106:99 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Boston Celtics” seriyada 3-cü qələbəsini qazanıb - 3:0.
Qeyd edək ki, "Boston Celtics" iyunun 15-də reallaşacaq dördüncü oyununda da qalib gələrsə, tarixində XVIII dəfə NBA çempionu olacaq.
- Tağıyev oynadı, komandası məğlub oldu
- Mourinyo komandasına ispaniyalı forvard transfer etmək istəyir
- Emin Mahmudov: “Maksim Medvedev və Qara Qarayev də...”
- “Ordu”nun üzvü: “Mövsümü major notlarla başa vurmaq istəyirik”
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
0
0