NBA-da çıxış edən basketbolçu 35 yaşında karyerasını bitirib
17.04.2024 - 17:51
Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan “Boston Seltiks”in üzvü Bleyk Qriffin karyerasını bitirib.
Apasport.az xəbər verir ki, 35 yaşlı basketbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, nə vaxtsa bu cür qərar verəcəyini düşünmədiyini bildirib: “Heç vaxt bunu təsəvvür etməzdim. Mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, B.Qriffin karyerası ərzində “Boston Seltiks”lə yanaşı, “Los Anceles Klippers”, “Detroit Pistons” və “Bruklin Nets” komandalarında da çıxış edib.
- Birinci Liqa: "Qəbələ" 3 xalı 1 qolla qazandı - YENİLƏNİB
- İsmayıl Zülfüqarlı: “Çempion olsaq, ili uğurlu hesab edə bilərik” - MÜSAHİBƏ
- Fransa – İsrail oyununa görə 4000 polis xidmətə çağırılıb
- Təmsilçilərimiz Nitsa turnirində
- Avropa çempionları: “Vətəndə çempion olmaq üçün əlimizdən gələni edəcəyik”
0
0