“Neftçi” Yunanıstan klubuna qalib gəldi - YENİLƏNİB
11.11.2026 - 22:06
“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi H qrupunun VI turunda Yunanıstanın “Mikonos” klubunu qəbul edib.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma saat 20:00-da başlayıb.
Təmsilçimiz rəqibini 84:80 hesabı ilə məğlub edərək qrupda ilk qələbəsini qazanıb.
Qeyd edək ki, “Neftçi” növbəti matçını noyabrın 18-də Latviyanın VEF “Riqa” komandasına qarşı keçirəcək.
0
0