NTD-dən evdə inamlı qələbə
07.03.2025 - 20:56
Bu gün Azərbaycan Basketbol Liqasında XVII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
Yeganə qarşılaşma A qrupunda baş tutub.
NTD "Naxçıvan"la üz-üzə gəlib.
Bərabər səviyyədə keçən görüşün son periodunda meydan sahibləri üstünlüyə yiyələniblər. NTD ardıcıl ikinci qələbəsini qazanıb.
Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XVII tur
7 mart
A qrupu
19:00. NTD – "Naxçıvan" - 85:78 (21:15, 22:26, 23:24, 19:13)
- Jurnalistləri söyən italyan və tarix yazan çeçen - Qazaxıstanın uğurunun memarı
- III MDB Oyunları: Batut gimnastikası üzrə yarışlara start verilib - FOTO
- Bəxtiyar Soltanov: “Ən yaxşı futbolçu seçiləcəyimi gözləmirdim”
- Elxan Məmmədov federasiya prezidenti seçkisində - FOTOLENT
- NTD-nin basketbolçusu: "Bu mövsüm üçün əsas məqsədimiz play-off-a çıxmaqdır"
0
0