Paris Yay Olimpiya Oyunlarında basketbol yarışları başa çatıb.
Apasport.az xəbər verir ki, həlledici matçda ev sahibi Fransa ilə ABŞ qarşı-qarşıya gəlib.
Gərgin mübarizə şəraitində keçən matçı "xəyalların komandası" qalib başa vurub: 98:87.
ABŞ-ın oyunboyu üstünlüyü ilə keçən qarşılaşmanln sonlarına yaxın ev sahibləri fərqi azaltsa da, ABŞ sürprizə imkan verməyib.
4-cü periodun sonlarında Fransanın bütün ümidlərinin üstündən Stefan Körri xətt çəkib. O, atdığı kritik "üçlük"lərlə fərqin aradan qalxmasına imkan verməyib.
Beləliklə, basketbol üzrə Amerika Birləşmiş Ştatları komandası Olimpiya Oyunları tarixində nə az, nə çox 17-ci dəfə qızıl medalların sahibi olub.
- Boksçularımızın Qızıl kəmər seriyasında ilk rəqibləri bəlli oldu
- “Fənərbağça”nın sabiq futbolçusu “Sabah”la müqavilə imzaladı
- Təbriz Həsənov: "Qarabağ"ın Norveçdən qələbə ilə qayıdacağına inanıram"
- Danilo Dias: "Qarabağ" mərhələni adlamaq iqtidarındadır" - Açıqlama
- Boksçumuza başı ilə zərbə endirdi və diskvalifikaya olundu