
2 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub.
Apasport.az xəbər verir ki, pley-off 'un 1/4 final mərhələsində, "Neftçi" və "Xırdalan" komandaları arasında seriyanın ikinci oyunu çox gərgin keçib. Oyunun sonlarında Cakori Arçinin qazandığı kritik xallarla üstünlüyü ələ keçirmiş "Xırdalan" 76-73 hesablı çətin qələbə qazanıb. Bu qələbə ilə "Xırdalan" seriyada 2-0 hesablı qələbə qazanaraq, yarımfinalda "Sabah" ın rəqibi olub.
Ən məhsuldar basketbolçular: "Neftçi" (Ceyms Haforn - 17 xal, 12 ribaund), "Xırdalan" (Teyvion Körk - 25 xal, 15 ribaund).
Qeyd edək ki, yarımfinal seriyasında ilk oyun 7 may tarixində baş tutacaq
- İdmançımız beynəlxalq yarışda gümüş medal qazandı
- Rəşad Əzizli: “Şamaxı” kimi 4 klub olsa, millimizdə də futbolçu problemi yaşanmaz” - MÜSAHİBƏ
- Çempionlar Liqası: "Birbaşa Bakı" 1/4 finalda!
- “Roma”nın futbolçusu əməliyyat olacaq: Mövsümü erkən başa vuracaq
- 5 boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəlib