Qadın millimiz 13-cü pilləyə yüksəlib
19.08.2024 - 15:38
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.
Azərbaycan millisi dünyada 13-cüdür. Yığmamızın hesabında 249,276 xal var. Komandamız son reytinqlə müqayisədə 3,332 xal itirib. Buna Qadın seriyasının Bakı mərhələsinin nəticələri səbəb olub. Buna baxmayaraq, yığmamız bir pillə irəliləyib.
Qeyd edək ki, cədvələ Kanada başçılıq edir – 568,620. Niderland (469,166) ikinci, Fransa (448,052) üçüncüdür.
- Azərbaycanın stolüstü tennisçisi "Qlobal gənclər təlim düşərgəsi"nə qatılacaq
- Azərbaycan kubokunda oyun cədvəli açıqlandı
- Millimizin baş məşqçisi: "Hədəfimiz Azərbaycan üçün olimpiya çempionu verməkdir"
- “Şamaxı” “Sumqayıt” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Azərbaycanın yunan-Roma güləşçisi əməliyyat olunub
0
0