“Sabah” ardıcıl 4-cü dəfə ABL-in qalibi olub
05.05.2026 - 22:05
"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub.
Apasport.az xəbər verir ki, turnirin final seriyasının üçüncü oyununda "Abşeron Lions"u üstələyən "bayquşlar" cari mövsümün qızıl medallarına sahib çıxıblar.
Bakı İdman Sarayında baş tutan görüş "Sabah"ın 108:95 hesablı qələbəsi ilə bitib.
Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi - 98:93, 112:84.
Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olur.
- Sautqeyt: “Futbolçularım bu gün möhtəşəm idi“
- Sabiq “Arsenal”lı ittihamlardan bəraət aldı - günahsız olduğu sübut olundu
- Sabiq baş məşqçi: “Premyer Liqada mübarizə 2-ci yer uğrunda olacaq”
- “Turan Tovuz”un kapitanı: "İstəyərik ki, mükafatçılar sırasına düşək" - Müsahibə
- İdmançılarımız Paris-2024-ün açılışında yallı rəqsi oynadılar - VİDEO
0
0