"Sabah" Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq
09.12.2025 - 09:57
"Sabah" basketbol komandası Çempionlar Liqasında bu gün növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, "Sabah" B qrupunda 4 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 5 xalla üçüncüdür. Fransanın "Elan Şalon" kollektivi 8 xalla liderdir. Almaniyanın "Alba" (Berlin) komandası isə 7 xalla ikinci sıradadır.
- "Beşiktaş"ın futbolçusu "Mançester Yunayted"ə keçməyə yaxındır
- Qalmaqallı həyat, tez-tez iş yeri dəyişən və təzminatla “Neftçi”də
- "Çelsi" transferlərə doymur - FOTO
- “Mançester Yunayted” Tomorini, o isə “Milan”ı arzulayır
- Birinci Liqa: "Qəbələ" "Qaradağ Lökbatan"ı, “İmişli” “Difai Ağsu”nu darmadağın etdi - YENİLƏNİB
0
0