22 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının üçüncü oyunu baş tutub.
Apasport.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının üçüncü oyunu bərabər mübarizə şəraitində başlayıb. Daha sonra üstünlüyü ələ keçirən "Sabah", yekunda 75-59 hesablı önəmli qələbə qazanıb. Bu qələbə ilə "Sabah" final seriyasının ümumi hesabında 2-1 önə keçib.
Ən məhsuldar basketbolçular: "Sabah" (Mayk Holton - 21 xal, 4 asist), "Xəzri" (Cordan Perkins - 16 xal, 7 ribaund)
Qeyd edək ki, final seriyasının dördüncü oyunu 24 may tarixində keçiriləcək.
- Tahir Gözel Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşüb
- “Bodo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb
- KONKAKAF Qızıl Kubokunun qalibi müəyyənləşib
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal qeydiyyatına start verildi
- Renat oynadı, komandası ardıcıl 2-ci qələbəni qazandı