“Sabah”dan növbəti transfer
22.08.2025 - 18:28
“Sabah”dan növbəti transfer

“Sabah” heyətini gücləndirməkdə davam edir.

Apasport.az xəbər verir ki, 2 metr boya malik 2008-ci il təvəllüdlü Hüseyn Məmmədovla 2+1 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Hüseyn Məmmədov 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandasında çıxış edir.