"Sabah"ın baş məşqçisi: "Son anda qələbəni əldən verdik"
10.10.2024 - 11:16
“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun ilk oyununda Belçika təmsilçisi “Spirou”ya uduzub.
Apasport.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis 81:82 hesabıyla bitən görüşü belə şərh edib:
“Qalib gələ bilərdik. Lakin son anda qələbəni əldən verdik. Onların heyəti daha genişdir. Rotasiya imkanları bizimlə müqayisədə daha çoxdur. Ev oyunlarımızda daha yaxşı çıxış edib, bacardıqca daha çox xal toplamalıyıq”.
“Sabah” növbəti oyunu oktyabrın 16-da Yunanıstanın “Marussi” komandasına qarşı keçirəcək.
- Kurban Berdıyev: "Məşqlərdə çalışdıqlarımızı edə bilmədik"
- Sablyaçılarımız Çində keçiriləcək dünya birinciliyində mübarizə aparacaq
- Üçqat Paralimpiya çempionu yeniyetmə və gənc paraüzgüçülərlə görüşüb
- Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO
- Acun Ilıcalının ittihamlarına "Qalatasaray"dan cavab
0
0