Şəhriyar Əsgərov: "Serb hakim kobud səhvə yol verdi"
14.04.2025 - 17:11
Şəhriyar Əsgərov: "Serb hakim kobud səhvə yol verdi"

"Serb hakim kobud səhvə yol verdi".

Apasport.az xəbər verir ki, bunu basketbol üzrə "Quba" klubunun baş məşqçisi Şəhriyar Əsgərov komandanın mətbuat xidmətinə açıqlamasında deyib. 

"Əlimizdən gələni etdik. Amma serb hakim kobud səhvə yolverdi. Üç xal uduzduğumuz vaxtda üç xallıq atış etdik, o da hücum foulu qeydə aldı. O da oyunun taleyini həll etdi. Digər tərəfdən, ağzımızı aça da bilmirik, hamıya texniki foul verirdi. Amma rəqib komandanın oyunçularına, məşqçisinə bu cür yanaşma yox idi. İstədiklərini edirlər. Bu oyunda hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı. Rotasiyamız geniş deyil, güclə gəlib çatırıq, özümüzü "öldürürük", sonda da belə olur. Biz əlimizdən gələni etdik".

Qeyd edək ki, "Ordu" pley-in mərhələsinin ikinci oyununda da "Quba"nı üstələyərək pley-offa yüksəlib.