
"Oyuna istədiyimiz kimi başladıq".
Apasport.az xəbər verir ki, bunu “Ordu” klubunun basketbolçusu Səid İsmayılov komandanın “Sumqayıt”la oyundakı qələbəsi ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
“Oyun yaxşı keçdi. İstədiyimiz kimi oyuna başladıq. Məşqçinin verdiyi bütün taktiki tapşırıqları yerinə yetirdik. Əsas məqsədimiz onların oyunçularını qaydanı pozmağa məcbur etmək idi ki, bunu da bacardıq. Oyunumuz da yaxşı alındı və nəticədə qalib gəldik. Hesab edirəm ki, yaxşı oyun keçirdim və komandama dəstək oldum".
Qeyd edək ki, "Ordu" səfərdə "Sumqayıt"ı qəbul edib - 80:103.
- Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
- Məşqçi yetirməsini 2 ildə 400 dəfə zorladı – ŞOK İDDİA
- "Turan Tovuz” tarixi rekordunu yeniləyib
- Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub
- Sabiq “Arsenal”lı ittihamlardan bəraət aldı - günahsız olduğu sübut olundu