"Şəki" heyətini amerikalı basketbolçu ilə gücləndirib
02.10.2024 - 12:48
“Şəki” klubu amerikalı basketbolçu Coş Robinsonla güclənib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tam adı Coşua Kuinşon Eyvanda Robinson olan, 198 sm boya malik basketbolçu yeni klubunda 3 nömrəli formanı geyinəcək.
Ötən mövsümü Şadron Dövlət Kollecinin basketbol komandasında keçirən 24 yaşlı hücumçu Avropada ilk peşəkar müqaviləsini "Şəki" ilə bağlayıb.
Qeyd edək ki, Şəki təmsilçisi daha əvvəl Ərcan Donat, Əbdülmətin Quliyev, Kris Barton, Karl Cons, Ceyhun Həsənli və Aleks Koldvelli heyətinə qatıb.
- “Qarabağ” və “Sabah”dan növbəti qələbə - YENİLƏNİB
- Yığmanın oyununa görə deputatlar iclası yarımçıq tərk etdilər
- Haiti yığmasının baş məşqçisi: “Bu tarixdə ilk dəfədir”
- Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçiriləcək - VİDEO
- Rail Məlikov: “Neftçi”dəkilər komandanın ağırlığını bilməlidir” - MÜSAHİBƏ
0
0