“Şəki” kapitanı ilə yollarını ayırdı
28.02.2025 - 23:23
"Şəki" bu mövsüm daha bir aparıcı basketbolçusu və kapitanı ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, klub məcburiyyətdən komandanın aparıcı oyunçusu Aleks Koldvellə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Ayrılığa səbəb amerikalı basketbolçunun şəxsi həyatında üzləşdiyi problemdir.
Qeyd edək ki, "Şəki" cari mövsüm 2-ci dəfə belə şanssız halla üzləşir. Daha öncə komandanın əvvəlki kapitanı Kris Barton Gəncədəki oyunda ağır zədə alıb, əməliyyat keçirdiyindən onunla yollar ayrılmışdı.
- Güləşçilərimiz “Zaqreb Open”də daha 3 medal qazanıb
- "Tuluza" tarixində ilk dəfə titul qazandı
- Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb - FOTO
- İnanılmaz hadisə: Olimpiadaya qatılmaq üçün barmağını fəda etdi
- Zlatandan Messiyə dəstək: "Sanki çiyinlərində qum torbası daşıyırlar"
0
0