3 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub.
Apasport.az xəbər verir ki, pley-off 'un 1/4 final mərhələsində, "Sərhədçi" və "Xəzri" komandaları arasında seriyanın ikinci oyunu çox maraqlı alınıb. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş "Sərhədçi" 71-64 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Sərhədçi" seriyada ümumi hesabı (1-1) bərabərləşdirib.
Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Kaleb Hanter - 27 xal, 7 ribaund), "Xəzri" (Ceremi Maklaflin - 17 xal, 7 ribaund).
Qeyd edək ki, bu komandalar arasında seriyanın 3-cü oyunu 5 may saat 19:30 'da baş tutacaq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- Füzulidə "Mingəçevir reqatası-2024” iştirakçılarının rəsmi paradı olub
- Zamiq oynadı, "Eqnatiya" qalib gəldi
- Dövlət qurumları arasında stolüstü tennis yarışı keçirilib
- Gənc qapıçı “Arsenal”dan ayrılacaq