U13 millimiz Ankarada təlim-məşq toplanışı keçirib
17.11.2025 - 17:18
Azərbaycanın 13 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında iştirak edib.
Apasport.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi noyabrın 9–15-i aralığında baş tutub.
Toplanış zamanı "Türk Telekom", "Çaba Akademi", "Vamos", "Etimesqut", ODTÜ və "Çankaya Universiteti" komandaları ilə yoxlama oyunlarına çıxan milli bunların 5-dən qələbə ilə ayrılıb.
Qeyd edək ki, U-13 yığması 2028-ci ildən beynəlxalq yarışlarda mübarizə aparacaq.
- Patrik Andrade: "Leverkuzendəki oyundan daha yaxşı oynamağa çalışacağıq" - Müsahibə
- Taekvondoçularımız İsveçrəyə yollanıblar
- Yevlaxda yeni tikilən stadiona baxış keçirilib
- “Qəbələ”nin braziliyalısı: “Onlar çempion olacaq gücdədirlər”
- Elvin Cəfərquliyev: "Çox aqressiv olmağım komandaya baha başa gəlir"
0
0