Yığmamız Avropa kubokunun finalında
08.06.2025 - 21:21
Yığmamız Avropa kubokunun finalında

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Avropa kubokunun təsnifat mərhələsində yarımfinal oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız Kosovoda təşkil edilən turnirdə Maltaya 21:11 hesabı ilə qalib gəlib.

Azərbaycan komandası bu qələbə sayəsində təsnifat mərhələsinin finalına vəsiqə qazanıb.

Avropa kuboku 2025
Təsnifat mərhələsi
Yarımfinal
20:00. Azərbaycanın - Malta 21:11