Yığmamız beynəlxalq turnirdə çempion olub
                    
                    21.06.2025 - 19:25
                        
                     
                    Qazaxıstanın Atrau şəhərində 14 yaşa qədər oğlanlar arasında "Airom Cup" beynəlxalq basketbol turnirinin final oyunu baş tutub.
Apasport.az xəbər verir ki, final görüşünə vəsiqə qazanmış U-14 yığmamız finalda Gürcüstanın "Kutaisi" komandası ilə qarşılaşıb və rəqibinə 64-41 hesabı ilə qalib gəlib.
Bütün rəqibləri üzərində inamlı qələbələr əldə etmiş U-14 yığmamız "Airom Cup" beynəlxalq turnirinin çempionu olub.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                                 
                                                 
                                                