Kişi basketbolçular arasında milli komandaların FİBA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 164 komandası yer alıb.
Azərbaycan milli komandası 13 aylıq fasilədən sonra siyahıya qayıdıb. Heç bir rəsmi matç keçirmədiyi üçün ötən ilin avqustunda cədvəldən kənarlaşdırılan yığmamız bu fəaliyyətsizliyinə son verdikdən sonra reytinqə daxil edilib. Aleksandar Trifunoviçin yetirmələri Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında qüvvəsini sınayıb.
Aktivində 78,5 xal olan millimiz dünyanın 112-ci komandasıdır. Yığmamız Avropa ölkələri arasında 44-cüdür.
Qeyd edək ki, cədvələ ABŞ (760,7), İspaniya (758,9) və Avstraliya (741,1) milliləri başçılıq edir.
- "Neftçi"nin Konfrans Liqasının pley-offunda potensial rəqibləri azaldı: 4 variant
- Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru seminar keçəcək
- Ukraynalı futbolçu Azərbaycanla oyunda iştirak etməyəcək
- III MDB Oyunlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin ilk qrupu Azərbaycanda
- Paris-2024-ə lisenziya qazanan paraatlet: Bu hissləri yenidən yaşamaq çox xoşdur