Yığmamız Ukraynaya məğlub olub
05.07.2025 - 23:55

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycanın yığması Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, C qrupunda yer alan millimiz II tur çərçivəsində Ukrayna ilə qarşılaşıb.
Qarşılaşma daha təcrübəli Ukrayna yığmasının qələbəsi ilə yekunlaşıb. Millimiz 65:78 hesabı ilə uduzub.
Qeyd edək ki, millimiz sabah qrup lideri Litva ilə qüvvəsini sınayacaq Görüş 19:00-da start götürəcək.
0
0