Yığmamızda yeni təyinat
20.05.2025 - 18:56
Basketbol üzrə Azərbaycan millisinə yeni təyinat gerçəkləşib.
Apasport.az xəbər verir ki, "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker yığmamızda çalışacaq.
Azərbaycanın oğlanlardan ibarət U-16 millisi türkiyəli mütəxəssisə həvalə olunub. O, yığmada da baş məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Tokerin U-16 milli ilə ilk sınağı Avropa çempionatının C divizionu olacaq. İyulun 5-13-də Albaniyada keçiriləcək yarışda komanda B qrupunda San Marino, Andorra, Lüksemburq və Cəbəllütariqlə mübarizə aparacaq.
- Siyasət Əsgərov: "Qazaxıstanın qadın futbolu son illər yüksəlişdədir"
- "Neftçi"nin təlim-məşq toplanışı davam edir
- Ronaldo: “Messini futbolda da mat etmək istəyirəm”
- “Real” “El Klassiko”ya çıxmaqdan imtina edir? - Məşq və konfranslar ləğv olundu
- Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır
0
0