Yokiçdən tarixi rekord
19.05.2023 - 22:50
“Denver”in basketbolçusu Nikola Yokiç NBA pley-offunun tarixinə düşüb.
Apasport.az saytı xəbər verir ki, serbiyalı idmançı ardıcıl 4 oyunda tripl-dabl edən ilk oyunçu olub.
Nikola “Leykers”lə görüşdə 23 xal qazanıb, 17 götürmə və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun pley-offdakı nəticələri də kifayət yüksəkdir: orta hesabla 30,4 xal, 13,8 götürmə, 10,2 ötürmə.
Qeyd edək ki, “Denver” seriyada 2:0 öndədir.
- DÇ-2024: Millimizin oyunlarının TƏQVİMİ
- Ayaz Quliyev: “Azərbaycan yığmasında oynamaq üçün müzakirə edəcəyimiz məqamlar var”
- "Yunayted"dən Bruno Fernandeş qərarı – Komandanın ən çox qazananı olacaq
- “Qarabağ”ın komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib
- "Salernitana" prezidentindən sərt etiraz
0
0