Qətərdə keçirilən dünya çempionatı daha bir proqnozsevəri sevindirib.
Apasport.az saytının məlumatına görə, Rusiyada bir better qrup mərhələsinin II turunda İspaniya ilə Almaniya arasında keçirilən matçdan qazanc götürüb.
Həmin şəxs İspaniya 1:0 hesabı ilə öndə olarkən 75-ci dəqiqədə Almaniyanın uduzmayacağına 1 milyon rubl qoyuluş edib. Proqnozsevər 79-cu dəqiqədə eyni nəticəyə daha 1 milyon rubl “atıb”. Qarşılaşmanın 83-cü dəqiqəsində Bundestim bərabərlik topunu vurmaqla həmin şəxsə 3 milyon 990 min rubl, yəni 111 min 321 manat qazandırıb.
Qeyd edək ki, İspaniya – Almaniya oyunu 1:1 hesabı ilə yekunlaşıb.
- Murat Yakın: "Avropa çempionatını başı uca tərk edirik"
- Mübariz Orucov: “Nəsə deməyim düzgün olmaz”
- 35 il əvvəl Xankəndidə futbol oynamış jurnalist: "Ermənilərlə möhkəm dava düşmüşdü" - VİDEO
- Atletlərimiz 35-ci Qusman Qosanov Memorialında qüvvəsini sınayacaqlar
- Braziliya klubu Neymarla yeni müqavilə imzalayacaq