2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə açıqlandı
24.07.2024 - 15:21
Fransa 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək.
Apasport.az xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin (IOC) 142-ci sessiyasında qəbul olunub.
IOC yarışların Fransa Alplarında keçirilməsinə qərar verib. Bununla da ölkə 4-cü dəfə Qış Olimpiadasını qəbul edəcək. Fransada bu yarış daha əvvəl 1924, 1968 və 1992-ci illərdə təşkil olunub.
Qeyd edək ki, Fransa bu il “Paris-2024” Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək.
- Mirlind Kryeziu: “Qarabağ”ın zəif cəhətlərini görmüşük”
- "Liverpul" Avropa Liqasında rekorda imza atıb
- Fransa – İsrail oyununa görə 4000 polis xidmətə çağırılıb
- XİN Ermənistanı Azərbaycan bayrağını yandıran şəxsi dərhal məsuliyyətə cəlb etməyə çağırdı
- Emin Mahmudov: “Qələbə qazanacaq keyfiyyətə malik futbolçularımız var”
0
0