"Yuventus"un baş məşqçisi Massimilyano Alleqri Argentina ilə dünya çempionu olmuş Aleksis Mak Alisteri komandasında görmək istəyir.
Apasport.az xəbər verir ki, rəhbərlik dəyişikliyindən sonra Alleqri idman direktoru Federiko Çerubini ilə birlikdə transferləri həyata keçirəcək.
Xüsusilə, “Yuventus”un baş məşqçisi “Brayton”un yarımmüdafiəçisi Aleksis Mak Alisteri heyətinə qatmaqda maraqlıdır. Üstəlik, Alleqri Adrien Rabyonu komandada saxlamaqda maraqlıdır. Ancaq hazırda bu çətin görünür.
Qeyd edək ki, irland əsilli Aleksis Mak Alisterin "Brayton"la müqaviləsi 2025-ci ilə qədərdir. Futbolçunun transfer qiyməti 42 milyon avro olaraq qiymətləndirilir.
- AFFA 2025-ci ildə ölkəmizi təmsil edəcək FIFA referilərinin siyahısını açıqlayıb
- "Qalatasaray" "Qarabağ" üçün Türkiyədə son hazırlığını başa vurdu - FOTOLENT
- İqor Ponomaryov: "Axır ki, bəxt üzümüzə güldü" - Müsahibə
- Amerika Kuboku: 1/4 final mərhələsinin cütlükləri bəlli olub
- I Liqa təmsilçisi hakimliklə bağlı bəyanat yaydı