Amerika Kubokunun sahibi Argentina oldu
15.07.2024 - 08:45
Futbol üzrə Amerika Kubokunun final mərhələsi çərçivəsində Argentina və Kolumbiya milli komandaları qarşılaşıb.
Apasport.az xəbər verir ki, həlledici matçın əsas vaxtında qapılar toxunulmaz qalıb.
Matçın 112-ci dəqiqəsində Lautaro Martinez matçın yeganə qolu vuraraq qarşılaşmanın taleyini həll edib.
Bununla da Argentina millisi Amerika Kubokunun qalibi olub.
Qeyd edək ki, komanda 2021-ci ildə Braziliyada keçirilən Amerika Kubokundan da birinciliklə ayrılıb.
- Serbiya Superliqasının baş katibi PFL-də – Əməkdaşlıq perspektivləri müzakirə olundu
- AAAF: "İrəvanda Avropa çempionatında iştirak üçün zəmanət istəmişik" - YENİLƏNİB
- İspaniya Avropa çempionu oldu - YENİLƏNİB
- XİN BOK-u İrəvanda Azərbaycan bayrağının yandırılmağı ilə bağlı insidenti pisləməyə çağırdı
- Alberto Blanko: “Layiqli qələbə qazandığımıza görə çox sevinirəm”
0
0