“Araz-Naxçıvan” – “Aris” oyununun hakimləri açıqlanıb
04.07.2025 - 14:22
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan” – “Aris” oyununun hakimləri açıqlanıb.
Apasport.az xəbər verir ki, Bakıdakı matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Andrey Çivulete olacaq. Ona Mirça Qriqoriu və Andrey Konstantinesku koməklik edəcəklər. Dördüncü hakim vəzifəsi Radu Petreskuya həvalə edilib.
Qeyd edək ki, qarşılaşma iyulun 24-də, “Dalğa Arena”da keçirəcək.
- Tərlan Quliyev: “Millinin formasını vətəninə sevgisi olanlar geyinməlidir” - MÜSAHİBƏ
- “Turan Tovuz”dan yenilik
- Misli Premyer Liqası: Ayın qolu mükafatına namizədlər - VİDEO
- Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsi yoxlanılıb
- "Aston Villa" 8 il sonra kubok oyununda qələbə qazandı
0
0