“Araz-Naxçıvan”ın rəqibindən yeni transfer
20.06.2025 - 23:04
“Araz-Naxçıvan”ın rəqibindən yeni transfer

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, Saloniki təmsilçisi belçikalı müdafiəçi Noa Fadiqanı heyətinə qatıb.

Son klubu "Gent" (Belçika) olan futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Araz-Naxçıvan” – “Aris” matçları iyulun 24-ü və 31-də baş tutacaq.