“Araz-Naxçıvan”ın futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu 7-ci qrupda “Yunayted Qalati” (Rumıniya), “Differdanj” (Lüksemburq) və “Taigers Roermand” (Niderland) klubları ilə mübarizə aparacaq.
Cari mövsümdəki dəyişikliyə əsasən, əsas mərhələdən sonra komandalar 1/8 və 1/4 finalda iştirak edəcəklər. Cütlüklər püşkatma yolu ilə müəyyənləşəcək və matçlar ev-səfər prinsipi ilə oynanılacaq. Qaliblər 2 oyunun nəticəsinə əsasən bəlli olacaq.
Sonda 4 komanda final mərhələsində iştirak hüququ qazanacaq. Bu raundun yarımfinalında üstün olan tərəflər finalda, məğlublar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin qarşılaşmalar oktyabrın 26-dan noyabrın 2-dək keçiriləcək.
- Elvin Məmmədov: "Ən əsası odur ki, Arif Əsədov azərbaycanlıdır və ..." - Müsahibə
- “Qalatasaray”dan ulduz forvarda təklif – 10 milyon maaş, 5 milyon bonus
- Çempion I Liqanı qələbə ilə başa vurub - YENİLƏNİB
- Azərbaycan və sabiq SSRİ futbolunun müqayisəsi - ƏBƏDİ YERİMİZ
- AVRO-2024-ün ən yaxşı qolu müəyyənləşdi - VİDEO