Argentina millisinin qapıçısı Emiliano Martinesin DÇ-2026-nın ilk turunda Əlcəzairlə matçda iştirakı gözlənilir.
Apasport.az xəbər verir ki, “Aston Villa”nın qolkiperi Avropa Liqasının “Frayburq”la final oyunundan əvvəl isinmə hərəkətləri zamanı sağ əlinin adsız barmağından yüngül sınıq xəsarəti almışdı.
Buna baxmayaraq, Martines həmin görüşü sonadək meydanda keçirib və əməliyyata ehtiyac yaranmayıb.
Jurnalist Qaston Edulun məlumatına görə, argentinalı qapıçının son müayinəsinin nəticələri normaldır. Onun əlindəki gips də çıxarılıb.
Martines xüsusi qoruyucu barmaq dəstəyi olan əlcəklərdən istifadə edəcək. 33 yaşlı qapıçının Əlcəzairlə qarşılaşmada start heyətində yer alacağı gözlənilir.
Qeyd edək ki, Argentina – Əlcəzair matçı Bakı vaxtı ilə iyunun 17-nə keçən gecə keçiriləcək.
- Badminton üzrə Avropa çempionatı 2025-ci ildə Bakıda keçiriləcək
- Millimizin üzvü beynəlxalq turnirdə yarışacaq
- Canni De Byazi: "Bura uduzmağa gəlməmişəm"
- Zinəddin Zidan "Bavariya"ın baş məşqçisi ola bilər
- Ceyhun Sultanov: “Kabel çəkəni, malyarı vəzifəyə gətirəndə futbolumuz bu gündə olacaq” - OFSAYD