Asim Xudiyev "Braqa"nın oyununa təyinat alıb
18.07.2026 - 11:30
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Jelezniçar" (Pançevo, Serbiya) - "Braqa" (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma iyulun 22-də, Pançevo şəhərində yerləşən "Mladost" stadionunda baş tutacaq.
0
0