Avropa Liqası: “Braqa”dan qələbə, Yunanıstanda bərabərlik - YENİLƏNİB
08.08.2025 - 00:27
Avropa Liqası: “Braqa”dan qələbə, Yunanıstanda bərabərlik - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin görüşləri keçirilib.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə 10 qarşılaşma baş tutub.

Yunanıstan təmsilçilərindən AEK öz meydanında Polşanın "Legiya" klubunu qəbul edib. Yarımada təmsilçiləri 4:1 hesablı qələbəyə seviniblər.

Digər Yunanıstan klubu PAOK isə evdə Avstriyanın "Volfsberger" komandası ilə qarşılaşıb. Matçda hesab açılmayıb.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi

20:00. "Linkoln Red İmps" - "Noa" 1:1

20:00. "Fredrikstad" - "Midtyullan" 1:3

20:30. AEK - "Legiya" 4:1

20:30. "ÇFR Kluj" - "Braqa" 1:2

21:00. "Hakken" - "Brenn" 0:2

21:30. PAOK - "Volfsberger" 0:0

22:00. "Panatinaikos" - "Şaxtyor" 0:0

22:00. "Zrinski" - "Breyablik" 1:1

22:30. "Servett" - "Utrext" 1:3

22:30. FKSB - "Drita" 3:2