Avropa Liqasından Yusuf Dikeçe "salam"
09.08.2024 - 10:41
UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "Ayaks" "Panatinaikos" səfərinə yollanıb.
Apasport.az xəbər verir ki, hollandlar çətin səfərdən minimal hesablı qələbə ilə ayrılmağı bacarıb.
Matçın 28-ci dəqiqəsində görüşdəki yeganə qolun müəllifi olan Stiven Berqeys kameralara Yusuf Dikeç hərəkəti göstərib. Onun bu addımı Türkiyə və dünya mediasında gündəm olub.
Niderland klubunun rəsmi səhifəsi də həmin anın şəklini rəsmi hesablarında paylaşıb.
Qeyd edək ki, "Ayaks" - "Panatinaikos" cavab qarşılaşması avqustun 15-i Niderlandda keçiriləcək.
- "Şahruddin topu uzaqlaşdıra bilmədiyi üçün narazılıq edirdi" - Müsahibə
- “Mançester Yunayted” Avropanın zirvəsində
- Millimizin üzvü oynamadı, komandası heç-heçə etdi
- Niderland çempionu: “Ayaks”la "Qarabağ" yerinə "Qəbələ" oynasaydı, matçı izləyərdim"
- "Atletiko Madrid" Qrizmanın gələcəyi ilə bağlı qərar verib
0
0