Avropada ilin futbolçusu – Kərim Benzema
25.08.2022 - 21:17
Avropada ilin futbolçusu mükafatının sahibi bəlli olub.
Apasport.az saytının məlumatına görə, ən yaxşının adı Çempionlar Liqasının 2022/23 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.
Kərim Benzema (Fransa, “Real”) ilin oyunçusu adına layiq görülüb. O, komanda yoldaşı Tibo Kurtua (Belçika, “Real”) və Kevin de Breyneni (Belçika, “Mançester Siti”) üstələyib.
Qeyd edək ki, tədbirdə Çempionlar Liqasında ötən mövsümün ən yaxşı baş məşqçisi də mükafatlandırılıb. Bu titula "Real"ın çalışdırıcısı Karlo Ançelotti layiq görülüb.
- "Qalatasaray" Kuestanı heyətinə qatıb
- Ramin Quliyev: "Neftçi"də mövsümün gedişindəki uğurlu seriyanı saxlasaydı, fərqli alınardı" - MÜSAHİBƏ
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- Millilərimizin hazırlıqları davam edir
- Alfonso Dominqes: “Çox çətin döyüş oldu“
0
0