Azərbaycan - Portuqaliya oyununun hakimləri müəyyənləşdi
25.03.2026 - 15:57
Martın 27-də AVRO-2027-nin (U-21) seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Portuqaliya oyununun hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, B qrupunun 8-ci turunda təşkil olunacaq qarşılaşmanın baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq.
Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.
"Palms Sport Arena"da baş tutacaq oyuna saat 15:00-da start veriləcək.
- Mahir Məmmədov: “Rəcəbovun az oynamağının obyektiv səbəblərini açıqlamaq istəməzdim” - MÜSAHİBƏ
- De Byazi rekordlara çatdı – milli ilə yeni tarixə doğru
- De Bleker "Kəpəz"in futbolçuları ilə görüşüb
- Azərbaycan parabadmintonçuları dünya çempionatında mübarizə aparacaqlar
- Super Liqanın ən bahalı transferləri - Siyahı
0
0