Futzal üzrə FİFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunun Bolqarıstanda təşkil olunacaq oyunlarında ədaləti qoruyacaq.
Həmyerlimiz avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək. Ə. Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” - “Viten Orşa” matçına 1-ci hakim kimi təyinat alıb.
Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.
- Bakıda gimnastika üzrə beynəlxalq turnirin açılışı olub
- Erhan Toker: “Hər kəs baş verənləri gördü”
- İqor Mitreski: "Bugünkü gündə mənim üçün "Qarabağ" "Şkendiya" ilə görüşlərin favoritidir"
- Qız boksçular arasında ölkə çempionatına yekun vurulub
- Murad Musayev: "Hansı klub mənə yaxın durar ki?" - Müsahibə