Braziliya millisinin sol cinah müdafiəçisi Aleks Telis DÇ-2022-nin qrup mərhələsində Kamerun millisi ilə matçda (0:1) ciddi zədə alıb.
Apasport.az xəbər verir ki, müayinədən sonra ona dizində qismən bağ yırtığı diaqnozu qoyulub. "Mançester Yunayted"ə məxsus olan, "Sebilya"da icarə əsasında çıxış edən futbolçunun əməliyyata ehtiyacı olacağı ehtimal edilir.
Xatırladaq ki, Braziliya millisində bundan əvvəl daha iki müdafiəçi zədələnib. Bunlar Aleks Sandro və Danilodur. Həmçinin "Arsenal"ın hücumçusu Qabriel Jezusun yanvaradək futbol oynamayacağı və mundialla erkən vidalaşdığı bildirilir.
Qeyd edək ki, Braziliya millisi DÇ-2022-nin 1/8 finalında dekabrın 5-də Cənubi Koreya ilə qarşılaşacaq.
- Aleks de Souza oğlu üçün “Neftçi”nin formasını istədi
- Daha bir Fransa klubu "Fənərbaxça"lı ilə maraqlanır
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
- Bu gün Yüksək Liqada növbəti oyunlar keçiriləcək
- “Mançester Yunayted” qapıçısını icarəyə verir