Millətlər Liqasında günün ən mühüm oyunlarından biri “Kardiff Siti”də keçiriləcək.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-yə vəsiqəni yenicə təmin edən Uels bu turnirə Belçika üzərində inamlı qalibiyyətlə başlayan Niderlandı qəbul edəcək.
Rusiyalı futbol eksperti Maksim Salivon günün matçını dəyərləndirib. Mütəxəssis Lui van Qalın yetirmələrinin səfərdə qalib gələcəyini proznoqlaşdırıb:
Uels son 12 rəsmi ev oyununda məğlub olmayıb – 9 qələbə, 3 heç-heçə. Üstəlik, “əjdahalar” əvvəlki 13 ev matçının 10-da bir və ya iki qol vurub. Niderland isə ilk turda Belçikanı böyük hesabla məğlub edərək, turnirə nə dərəcədə önəm verdiklərini və hazır olduqlarını göstərdilər.
Bu komandaların indiyə qədər üz-üzə gəldikləri 8 qarşılaşmanın hamısında Niderland qələbə qazanıb. Ancaq indi Uels də böyük motivasiya ilə matça çıxacaq. Çünki britaniyalılar yenicə dünya çempionatına vəsiqə qazandı. Digər tərəfdən isə Rayan Giqqzin kollektivi ən böyük arzusunu artıq yerinə yetirib və meydana yorğunluq fonunda çıxacaq.
Belə bir vəziyyətdə bütün kartlar qonaqların əlindədir. “Narıncılar” oyunçu seçimi və heyətin keyfiyyətində də rəqibdən üstündür. Bu da onları bir addım önə çəkir.
Proqnozum: 2
- Rəşad Sadıqov: "Eyni hadisə bizim qapımıza olsaydı, qol qeydə alınardı" - MÜSAHİBƏ
- Rəşad Sadıqov: “Bugünki "Neftçi"ni nəzərə alsaq, bir xal qazandıq” - MÜSAHİBƏ
- Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları bəlli oldu
- “Sumqayıt”dan ev qələbəsi
- 21-ci əsrdə Premyer Liqanın ən yaxşı 10 futbolçusu açıqlanıb